Olay
Olay

Ən seksual qadın seçildi

Ən seksual qadın seçildi

“Maxim Mag” jurnalı 2023-ci il üzrə dünyanın ən seksual qadınını seçib.

OLAY yazır ki, bu ünvanın sahibi 35 yaşlı model Eşli Qreham olub.

İllərdir podiumda artıq çəkilərinə baxmayaraq fəaliyyət göstərən Eşli gözəllik stereotiplərini aşmaq üçün mübarizə aparır. 

O, dəb dünyasında maneələri aşaraq qadınlara nümunə olur. 

Onun modellik fəaliyyəti 12 yaşında olanda Nebraskada ticarət mərkəzində kəşf edildikdən sonra başlayıb.

Eşli “Vogue”, “Harper's Bazaar” və “Elle” kimi prestijli jurnalların səhifələrini bəzəyib, həmçinin “Sporta Illstrated”, “Swimsuit ıssue”nin üz qabığında yer alıb. 

O, “Maxim”ə müsahibəsində bu sözləri deyib: “Bizim bədənimiz həmişə dəyişir və daim inkişaf edir. Mən öz bədənimdən bu hisslər haqqında danışa bilmək üçün bir vasitə kimi istifadə etmişəm”.

Qrehamın doğuşdan sonrakı fotosu da ana olduqdan sonra qadının bədənini real təsvir etdiyinə görə geniş rəğbət qazanıb. Pərəstişkarları doğuşdan sonra əsl bədənin necə göründüyünü göstərdiyinə və digər qadınları özlərini olduğu kimi sevməyə və qəbul etməyə ruhlandırdığına görə alqışlayıblar.