Olay
Olay

“Atabəylər”in çəkilişləri başlayıb? - Açıqlama

“Atabəylər”in çəkilişləri başlayıb? - Açıqlama

İlk tarixi serialımız “Atabəylər : Şəmsəddin Eldəniz”in yayımı maraqla gözlənilir 

Aylar öncə tizeri yayımlanan  ekran işininin nə vaxt təqdim olunacağı ilə bağlı müzakirələr aparılır.  Sosial şəbəkələrdə də serial haqda suallar yenidən gündəmə gətirilib. 

OLAY serialın ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyevlə əlaqə saxlayıb və ekran işinin çəkilişlərinin nə vaxt başlayacağı ilə bağlı məlumat alıb:

“Hazırlıq prosesi davam edir, çəkilişlərə hələ start verilməyib. Yaxınlarda yeniliklər barədə açıqlamalar olacaq”.

Qeyd edək ki, ilk tarixi serialımız AzTV-də yayımlanacaq.