Olay
Olay

“Yargı”nın ulduzu Azərbaycan mahnısı oxudu

“Yargı”nın ulduzu Azərbaycan mahnısı oxudu

“Yargı” serialında Eren obrazını canlandıran Uğur Aslan “Şarkılar bizi söyler” proqramında qonaq olarkən Azərbaycan mahnısı ifa edib.

OLAY yazır ki, aktyor görkəmli sənətkar, mərhum Xalq artisti Şövkət Ələkbərovanın repertuarından olan “Ay qız” mahnısını səsləndirib. Aslanı klarnet ifaçısı Hüsnü Şenlendirici müşaiyət edib.

Hətta Uğur mərhum şair Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən, bəhanəsiz get” şeirini də oxuyub. Sənətçinin performansı verilişin aparıcısı Sibel Can və digər qonaqlar tərəfindən çox bəyənilib.

Qeyd edək ki, mahnının sözləri Zeynal Cabbarzadəyə, musiqisi isə Cahangir Cahangirova məxsusdur. Ş. Ələkbərovadan başqa İslam Rzayev də bu mahnını səsləndirib.