Olay
Olay

Bu verilişlərdə dəyişiklik edildi!

Bu verilişlərdə dəyişiklik edildi!

Sərhəddə baş verən gərginlik efir məkanımızdan da təsirsiz ötüşməyib.

OLAY yazır ki, axşam saatlarında telekanallarda yayımlanan şou və əyləncə xarakterli verilişlərdə dəyişiklik edilib.

Belə ki, Xəzər TV-nin Mətanət Əliverdiyeva və İslam Mehrəliyevin təqdimatında ekrana gələn “Xəzər axşamı” proqramı vaxtından tez yekunlaşdırılıb. Efirdə aparıcılar sərhəddən yazılan xəbərləri izləyicilərə çatdırıb və şəhidlərimizə görə kədərli olduqlarını bildiriblər. 

Sonda M. Əliverdiyeva proqramın saat 9-a qədər davam etməyəcəyini söyləyərək izləyicilərlə vidalaşıb.

ATV-nin Vüsalə Əlizadənin aparıcılıq etdiyi “7 canlı” verilişi isə bu gün ekrana gəlməyib. Layihənin əvəzinə “Böyük zəfər” sənədli filmi yayımlanıb.

Bununla yanaşı, ARB TV-də  təqdim olunan “Həmin Zaur” verilişi də bu gün efirə getməyib. Proqramın yerinə “İntizar” serialı ekrana gəlib.

Qeyd edək ki, düşmən təxribatı nəticəsində 3 hərbi qulluqçumuz şəhid olub.