Olay
Olay

“Kaş, sizinlə daha çox işlər görmək imkanımız olardı”

“Kaş, sizinlə daha çox işlər görmək imkanımız olardı”

Aktyor Murad İsmayıl bir neçə gün əvvəl vəfat edən Xalq artisti İranə Tağızadə ilə bağlı paylaşım edib.

OLAY yazır ki, bu barədə o, instaqramda status yerləşdirib. Murad mərhumla bağlı bu sözləri yazıb:

“İranə xanım, sizi tanıdığım üçün sizinlə bərabər çalışmaq imkanım olduğu üçün çox şanslıyam. Özümü teatrda yaxşı təqdim etməyin üçun əlinizdən gələni etdiniz.

Akademik Rus Dram Teatrında sonuncu quruluş verdiyiniz “Aydın” tamaşasında mənə ilk mənfi rolumu oynamağı həvalə etdiniz. Kaş sizinlə daha çox işlər görmək imkanımız olardı. Sonuncu mesajınızla bizə nə qədər dəyər verdiyiniz bir daha göstərdiniz. Sizə nə qədər təşəkkür etsəm, azdır. Allah rəhmət eləsin! Sizi bir ömür unudmayacağam”.

Qeyd edək ki, İ. Tağızadə 9 apreldə 66 yaşında dünyasını dəyişib.