Uzun müddətdir İzmirdə yaşayan müğənni Elnur Hüseynov vətənindəki fəalliyətini bərpa edib. Sənətçi yeni klipi üçün təqdimat mərasimi keçirib.
OLAY yazır ki, “Monster Pop” adlanan mahnının təqdimatı AVM-lərin birində gerçəkləşib. Tədbirdə Avroviziya təmsilçilərimiz Samir Cavadzadə, Nadir Rüstəmli, Aisel, müğənni Nərmin Kərimbəyova və başqaları iştirak edib.
Media nümayəndələrinə açıqlama verən Elnur bildirib ki, sevgidən bəhs edən mahnının musiqisi Aiselə, sözləri isə bəstəkar Ceyhun Vəliyevə aiddir.
Qeyd edək ki, klipdə həmçinin mahnının bəstəkarı, müğənni Aisel də rol alıb.
Kəmalə Bədəlova
Fotolar: Hüseyn Həsənov