Olay
Olay

Evlənmək üçün ideal yaş neçədir?

Evlənmək üçün ideal yaş neçədir?

Evlənmək üçün ən ideal yaşın neçə olması, yəqin ki, bir çoxları üçün maraqlıdır.

OLAY yazır ki, elm sizə həyati vacib qərarlar qəbul etməyə kömək etdiyi kimi bu mövzuda da izah verir.

Alimlərin fikrincə, evlənmək üçün ən yaxşı yaş 26-dır. Bununla belə, bir çox ekspertlər 20-li yaşların sonlarının ailə qurmaq üçün ən uyğun vaxt olması ilə razılaşırlar. Psixoloq Uiyatt Fisher deyir ki, həyatınızdakı bu dövrün ideal olmasının səbəbi təhsilinizi başa vurub karyeraya başlamağınızdır.

Mütəxəssis Kelsey Torgersonun fikrincə isə həyat yoldaşı tapmaq üçün heç olmasa insan beyninin tam inkişaf etməsini gözləmək çox vacibdir. Bu isə 25 yaşına qədər mümkün deyil.

Münasibətlər üzrə terapevt Veena Kullins sehrli rəqəmin, əslində, 28 olduğunu düşünür. 

“Klinik təcrübəmdə ABŞ-da qadınlar görə evlənmək üçün ən yaxşı yaşın 28 olduğunu aşkar etdim. Bu yaşdakı gəlinlər seçimlərində özünü dərk edir və inam nümayiş etdirirlər”, - deyə, o, bildirib.

28 yaşlı gənclərin əksəriyyətinin şəxsi və peşəkar səviyyədə kim olduqlarını dərk etmək, həyat yoldaşında ən çox arzuladıqları keyfiyyətləri kəşf etmək və əvvəlki münasibətlərində buraxdıqları səhvlərdən dərs almaq üçün vaxtları olduğu düşünülür.