İnfluenser Nagehan Abdullayeva instaqram paylaşımına şərh yazan izləyicisini polisə şikayət edib.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, o, ərizə ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, instaqramda şəkillərinin altından tanımadığı səhifələrdən nalayiq ifadələr yazıblar.
Ərizə əsasında profillərin müəyyən edilməsi üçün DİN-də araşdırma aparılıb. 28 yaşlı Xanım Quliyevanın (şərti ad-soyad) ona qarşı nalayiq ifadələr işlətdiyi müəyyən edilib.
Məlum olub ki, izləyici Nagehanı Türkiyədə zəlzələ baş verən ərəfədə əyləncəli paylaşım etdiyi üçün təhqir edib. İzləyici zəlzələ nəticəsində minlərlə insanın öldüyü halda Nagehan Abdullayevanın əri ilə musiqi qoşub rəqs etdiyi görüntünü paylaşdığını deyib. Buna görə də X.Quliyeva ona qarşı nalayiq ifadələr işlətdiyini bildirib. Qadın əməlindən peşman olduğunu qeyd edib.
İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə Xanım Quliyeva barəsində inzibati protokol tərtib edilib. Protokola Nərimanov Rayon Məhkəməsində baxılıb. X.Quliyeva 100 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, əslən türk olan N. Abdullayeva azərbaycanlı bloqer Fərid Abdullayevlə ailəlidir. Cütlüyün iki övladı var. N. Abdullayevanın instaqramda izləyicilərinin sayı 1 milyondan çoxdur.