Müğənni Türkan Vəlizadə Xalq artisti Aygün Kazımovanı təkrarlayıb.
OLAY yazır ki, o, pop ulduzun bir müddət əvvəl geyindiyi “Attico” brendindən olan pencək və ətəyin plagiatını əldə edib. Bununla bağlı instaqramda “Kim_hardan_geyinir”- səhifəsi məlumat yayıb.
Səhifədə hər iki müğənninin eyni geyimdə fotosunu paylaşaraq bu təkrarın uğursuz olduğunu vurğulayıb. Belə ki, Kazımovanın original geyiminin qiyməti ümumilikdə 3 min manatdan çoxdur. Türkan isə həmin paltarı paytaxtdakı mağazaların birindən alıb.