Olay
Olay

Elmira və Turalın Afrikada 45 minlik istirahəti

Elmira və Turalın Afrikada 45 minlik istirahəti

Bir müddət əvvəl istirahət üçün Afrikaya gedən məşhur bloger Elmira Namazova tətilə ayırdıqları pulun miqdarını açıqlayıb.

OLAY yazır ki, Elmira həyat yoldaşı Tural Namazov ilə birgə Kenya səfərinin baha başa gəldiyini söyləyib:

“Bizim getdiyimiz kimi istəyirsinizsə, minimum 40-45 min manat xərciniz çıxacaq. Məncə, daha münasib qiymətə bu tətili etmək olar. Biz çəkilişi də düşündüyümüz üçün həm daha çox qaldıq, həm də gözəl görüntülərə görə bahalı otellər və otaqlar seçdik. Lakin Afrikaya gedib, bir ailənin kiçik safari turu etməsi 10-20 min manata başa gələ bilər”.