Olay
Olay

Xalq artistinin qızı II Yekatrinanı canlandırır!

Xalq artistinin qızı II Yekatrinanı canlandırır!

Xalq artisti Fuad Osmanovun qızı, Vaxtanqov teatrının aparıcı aktrisası Olqa Lerman “İmperatoriçalar” sənədli-bədii filminin heyətinə qatılıb.

OLAY yazır ki, “Поехавшая” və “Родком” filmlərinin ulduzu Rusiya İmperiyasının İmperatoru II Yekaterina obrazını canlandıracaq. Lermanın Böyük Ketrin obrazında ilk kadrı da artıq internetdə yayılıb.

Olqa rola necə hazırlaşdığını da bildirib. Aktrisa İmperatriçənin rus dilinə tərcümə olunmuş gündəliklərini və qeydlərini tədqiq edib. Çəkilişlərə hazırlaşarkən Lerman hökmdarın tarixi ilə xeyli maraqlanıb. O bu barədə “StarHit”ə danışıb:

“İmperatriçənin nə qədər güclü, ağıllı, nəhəng ürəyə və inanılmaz dərəcədə çalışqan olduğuna dair ilhamla doldum. Rus dilində mükəmməl danışan, pravoslavlığı qəbul edən bir alman qadın, ata evini tərk etdi və Rusiya tarixində böyük bir iz buraxaraq yeni və yeganə evini tapıb”.

Qeyd edək ki, Olqa Fuad Osmanovun quruluşçu rejissor Viktoriya Lermanla olan nikahından dünyaya gəlib.