Olay
Olay

Sibel Can Bakı toyunda onunla oxudu

Sibel Can Bakı toyunda onunla oxudu

Türkiyənin məşhur müğənnisi Sibel Can Əməkdar artist Abbas Bağırovla eyni səhnəni bölüşüb.

OLAY yazır ki, onlar ötən günlərdə Bakıda baş tutan toy məclislərindən birində görüşüblər.

Abbas Sibellə “Sən gəlməz oldun” mahnısını ifa etdikləri anı instaqramda paylaşıb.

“Mənim çox sevdiyim, sənətinin vurğunu olduğum, dəyərli Sibel Can. Sizi görməyimə çox şad oldum”, - deyə, Bağırov qeyd edib.