Olay
Olay

Mələkxanımın qızı dövlət kanalında işə başladı

Mələkxanımın qızı dövlət kanalında işə başladı

Xalq artisti Mələkxanım Eyubovanın rəssam qızı Nəzrin Nəcəfzadə AzTV-də işə başlayıb.

OLAY-ın əldə etdiyi məlumata görə, o, bu gündən etibarən “Telesəhər” verilişində aparıcılıq edir.

Nəzrin gələn ildən etibarən işə çıxmağı planlaşdırsa da, aktrisa Aidə Cəbiyevanın qəfil proqramdan ayırılması bu prosesi sürətləndirib.

Qeyd edək ki, N. Nəcəfzadə rəssamlıq fəaliyyəti ilə yanaşı, influenser kimi də məşhurdur. O, bir çox brendlərlə əməkdaşlıq da edir.