1929-cu ildən bəri Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilən və film dünyasının ən yaxşılarının seçildiyi Oskar Mükafatları Los Ancelesdəki Dolby Teatrında təşkil edilən möhtəşəm mərasimlə sahiblərini tapıb.
OLAY yazır ki, Cimmi Kimmelin aparıcılıq etdiyi 95-ci Oskar Mükafatlarının təqdimat mərasimində “Hər şey hər yerdə bir anda” filmi ən yaxşı ekran işi seçilib. Kinonun rejissorları Daniel Kvan və Daniel Şeynert isə “Ən yaxşı rejissor” mükafatını bölüşüblər.
Film 7 Oskar qazanaraq gecənin ən çox mükafat alan istehsalı olub.
OLAY 2023-cü il Oskar Mükafatları qaliblərinin tam siyahısını təqdim edir:
Ən yaxşı aktrisa
Mişel Yeoh – “Hər şey hər yerdə bir anda”
Ən yaxşı aktyor
Brendan Freyzer – “The Whale”
Ən yaxşı köməkçi aktrisa
Jamie Lee Curtis - “Hər şey hər yerdə bir anda”
Ən yaxşı köməkçi aktyor
Ke Huy Quan - “Hər şey hər yerdə bir anda”
Ən yaxşı səs
Top Gun: Maverick
Ən yaxşı ssenari
“Hər şey hər yerdə bir anda”
Ən yaxşı mahnı
“Naatu Naatu” – RRR
Ən yaxşı qısa sənədli film
“The Elephant Whisperers”
Ən yaxşı beynəlxalq film
“Qərb cəbhəsində yeni heç nə yoxdur”
Ən yaxşı quruluşçu rejissor işi
“Qərb cəbhəsində yeni heç nə yoxdur”
Ən yaxşı sənədli film
Navalny
Ən yaxşı animasiya filmi
“Guillermo del Toro’s Pinocchio”