Olay
Olay

Bayraq verən gənclə Azərbaycan rəqsi etdi

Bayraq verən gənclə Azərbaycan rəqsi etdi

Məşhur türk müğənni Sibel Canın 8 Mart – Dünya Qadınlar Günündəki Bakı konserti baş tutub.

OLAY yazır ki, sənətçi Bakı Konqres Mərkəzində azərbaycanlı pərəstişkarları qarşısında səhnə alıb.

Tədbirin giriş hissəsində Türkiyədə baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sibel konsertdə “Daşlı qala”, “Ayrılıq”, “Sən gəlməz oldun” kimi Azərbaycan mahnılarını səsləndirib. Sevilən ulduz səhnədə Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıb. Sibel bayrağı ona verən gənci səhnəyə çıxararaq Azərbaycan mahnısına birgə rəqs edib.

İfaçı həmçinin, 8 Mart münasibətilə başda Birinci xanım Mehriban Əliyeva olmaqla, bütün qadınlara təbrik ünvanlayıb. Sibel bundan əlavə, yeni yaşına qədəm qoyan “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyevanı da təbrik edib. Sənətçi konsertin sonlarına yaxın tamaşaçılar tərəfindən ona verilən gülləri R. Əliyevaya bağışlayıb.

Müğənni gecə boyunca lirik mahnılara üstünlük verib. 

Qeyd edək ki, S. Can tədbirdən əldə olunan gəliri AFAD-a bağışlayacaq.