Bu gün helikopter qəzasında həlak olan şəhidlərimizin vida mərasimində qalmaqal yaşanıb.
OLAY yazır ki, müğənni Elnarə Xəlilovanın hərbçi həyat yoldaşı Rövşən Cahangirov mərasimin keçirildiyi ərazidə jurnalistlərə hücum çəkib. O, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdən müsahibə almaq istəyən müxbirlərə mane olmaq istəyərkən edib.
Bu barədə jurnalist Elşad Mətləboğlu məlumat yayıb. O, feysbuk səhifəsində yazdığı statusda bu sözləri qeyd edib:
“E. Xəlilovanın həyat yoldaşı, keçmiş jurnalist Rövşən indi DSX-də mayordur. Baku TV-nin çəkiliş heyətinə sillə-yumruq ataraq, özünü generalın yanında yaxşı göstərmək üçün əlindən gələni etdi. Tural Museyibovun qolundan tutaraq itələməsi, operatorumuz Zaur Hacıyevin kamerasına sillə vuraraq etdiyi kobudluğu mediaya basqın kimi dəyərləndiririk. Bu ağrılı gündə generala şəhid ailələrini maraqlandıran suallarla müraciət etmək istəyən Baku TV əməkdaşları təzyiqə məruz qaldılar”.
Hücuma məruz qalan jurnalist Tural Museyibov bildirib ki, sonda məsələyə DSX rəisi Elçin Quliyev müdaxilə edib.