Olay
Olay

Xoşbəxt yaşamaq istəyirsiz?

Xoşbəxt yaşamaq istəyirsiz?

“Bu axşam tez yatacam. Sübh tezdən oyanıb idman edəcəyəm. Sosial şəbəkələrdən uzaq qalacağam”. Bu cümlələr sizə tanış gəlir?

Elədirsə, tək deyilsiniz. Hər birimiz zaman-zaman həyatımızı sistemə salmaq, həm fiziki, həm də psixoloji cəhətdən daha sağlam yaşamaq üçün bu tip planlar qururuq. Təəssüf ki, çox zaman məqsədlərimiz bir söz kimi qalır, onları unudub beynimizin ən ucqar küncünə atırıq.

Gəlin, bu yazı ilə tamamilə olmasa da, 10 faiz özümüzü dəyişib daha sağlam və xoşbəxt yaşamağa çalışaq.

Elə isə OLAY-ın məsləhətlərini oxuyun...

Birincisi, bədəninizdə unutduğunuz əzələləri işə salın.

Sağlam yaşamaq üçün sistemli məşqlər etməlisiniz. Bu məsələyə əlavə olaraq diqqət edəcəyiniz məqam məşq rejiminizdə yalnız sinə, qarın, qol və ayaqla işləmək deyil. Varlığından da xəbərsiz olduğunuz əzələləri də çalışdırın, bu rejimə daxil edin. Bu əzələlərin başında çanaq, çanaq qurşağı yaxud da pelvis adlandırdığımız əzələ gəlir. Bu nahiyə bel qurşağı ilə aşağı ətraflar arasında yerləşir. Zəif pelvisə sahibsinizsə, bunun bir neçə səbəbi var. Qocaqlıqla əlaqədar  yaranan çətinlik, hormonal dəyişikliklər səbəbiylə gücsüzlük, sidik qaçırma və sairə. Sadalananların qorxunc olduğunu bilirik. Amma narahat olmayın. Pelvis əzələlərini bir neçə məşqlə gücləndirə bilərsiz. Yoqa, plates, rəqs və keqel məşqləri ilə bunu bacarmağınız mümkündür.

Bir stəkan su...

Çoxu zaman-zaman özünə eyni sözü verir : Daha çox su içəcəyəm! Bu tək dərinizin parıltılı olması üçün deyil, həm də sağlam və xoşbəxt yaşamağınıza bir köməkdir. Gecə yatmazdan əvvəl yanınıza bir stəkan su qoyun. Günə su içərək başlamaq həm kalori itirməyinizi asanlaşdıracaq, həm də daha sağlam bir gün keçirməyinizə yardımçı olacaq.

Yuxu rejiminizi nizama salın

İdeal yuxu saatının 7 olduğunu bilirsiz. Yəni hər insanın gün ərzində 7 saat yuxuya ehtiyacı var. Yuxu üzrə ekspertlər bu rejimi nizama salarkən ilk addımın sisteminizi başdan qurmaq olduğunu düşünür.

Uşaqlıq illərində hamımızın etdiyi kimi bir yuxu saatına sadiq qalın. Yatmağı planlaşdırdığınız vaxtdan 1 saat əvvəl rahatlaşın və yavaş-yavaş yuxuya hazırlaşın. Bu müddət ərzində iş üçün gələn mesajlara baxmayın, mətbəxdə yemək axtarmayın. Bunların əvəzinə isti duş qəbul etsəz, daha yaxşı olacaq.

Yürüş etmək...

Məşq rejiminizlə sürətli yürüşlər əlavə etməklə yanaşı marketdə alış-veriş edəndə, ev heyvanınızı gəzdirəndə də sürətinizi artırın. Araşdırmalara görə, 30 dəqiqə ərzində sürətli şəkildə yerimək, yavaş gəzinti etməyə nisbətdə daha çox xərçəng və infarkt riskini azaldır. Düşünülür ki, mütləq 30 dəqiqə sürətli yeriməyə ehtiyac yoxdur. Bu müddəti qısa-qısa edərək də tamamlaya bilərsiz.

Yaşıl tək rəng kimi qalmasın

Sizcə də, yeməklərinizə yaşıllıq əlavə etməyin vaxtı deyil? Əsl Azərbaycan yeməklərindən, ət xörəklərindən, kabablardan, xəngəllərdən bir az uzaqlaşıb qida rejiminizə yaşıllıq qatın. Eyni zamanda karbohidrat qəbulunu da qoruyun. Sabah yumurta ilə, axşam da makaronla ispanaq yeyə bilərsiz. Bunun kimi əlavələrlə yavaş-yavaş sağlam qidalanma rejimini quracaqsınız.