Olay
Olay

Əməkdar artist nazir müşaviri oldu

Əməkdar artist nazir müşaviri oldu

Əməkdar artist Oleq Arnoldoviç Əmirbəyova vəzifə verilib. 

OLAY yazır ki, Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə aktyor və aparıcı nazir müşaviri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakı şəhərində Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirib. 2010-cu ildən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. O, həmçinin AzTV və Mədəniyyət kanallarında aparıcı olaraq çalışıb.