Bir müddət əvvəl beyninə qan sızan tanınmış bəstəkar-müğənni Pərviz Mahmudov xəstəxanadan evə buraxılıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Övladları ilə fotosunu paylaşan Pərviz “Allaha çox şükür. Klinikanın işçi heyətinə, bütün kollektivə mənə göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm” şərhini yazıb.