Daxili İşlər Nazirliyi bir qrup blogeri mükafatlarını təqdim edib.
OLAY yazır ki, iyulun 15-də anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə elan edilən müsabiqənin nəticələri açıqlanıb.
22 bloger tərəfindən təqdim olunan materiallara münsiflər heyəti tərəfindən baxış keçirilib, onlardan 7 material seçilərək müsabiqəyə oktyabrın 15-də yekun vurulub.
Noyabrın 27-də Daxili İşlər Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
Qaliblərə-Elvin Nəsirov, Rəsul Abbasov, Hüseyn Baxışov, Elvin İbrahimzadə, Munis Əhmədov , Rumiyə Ağayeva və Şahid İsmayılova mükafatları təqdim edilib.
Video nominasiyası üzrə H. Baxışov birinci, E. İbrahimzadə ikinci, M. Əhmədov, R. Ağayeva, Ş. İsmayılov isə üçüncü yerlərə layiq görülüb. Rep nominasiyası üzrə E. Nəsirov birinci, R. Abbasov isə ikinci olub.