Olay
Olay

Azərbaycanlı aktrisaya Dubayda “fotoşop”la hicab geyindirdilər

Azərbaycanlı aktrisaya Dubayda “fotoşop”la hicab geyindirdilər

Azərbaycanlı aktrisa Səbinə Əhmədova rol aldığı rus serialı “Содержанки”nin (Məşuqələr - red.) yeni mövsümünün Dubaydakı reklamında fotoşopa məruz qalıb.

OLAY yazır ki, “Dubai Frame”də nümayiş etdirilən posterdə ona hicab geyindirilib. Şahidlərin dediyinə görə, aktrisanın orijinal geyimdə - ağ paltarda olduğu rəqəmsal plakat təxminən bir gün nümayiş etdirilib.

Qeyd edək ki, serial fevralın 16-da “Start” platformasında yayımlanacaq. Ekran işində türk aktyor Cengiz Coşkun da çəkilib.

Onu da bildirək ki, Səbinə Əhmədova 1981-ci ildə Bakıda doğulub. O, 2004-cü ildən Rusiyada müxtəlif layihələrdə rol alır.