Olay
Olay

Petek Dinçöz Azərbaycanda biznes qurur

Petek Dinçöz Azərbaycanda biznes qurur

Türkiyəli müğənni Petek Dinçöz ötən günlərdə paytaxtımızın qonağı olmuşdu.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi yenidən Bakıya qayıdacaq. Buna rəvac verən isə Peteyin Azərbaycanda biznes qurmaq istəyidir.

O, tezliklə Bakıda gözəllik salonu açacaq. Müğənni həmçinin Yeni ili də Azərbaycanda keçirəcək.

Qeyd edək ki, P.Dinçözün Türkiyədə öz adını daşıyan gözəllik salonu var.