Olay
Olay

Efirə gələn uşağa yardım etdi, ağladı - VİDEO

Efirə gələn uşağa yardım etdi, ağladı - VİDEO

Ötən gün “Təsir dairəsi” proqramına Ağstafa rayonundan qatılan bir qadın oğlu Nicatın eşitmə problemi olduğu üçün aparata ehtiyacı olduğunu bildirib.

OLAY yazır ki, veriliş zamanı Nicatın bir qulağının 2%, digərinin isə ümumiyyətlə duyma qabiliyyətinin olmadığı bildirilib. Söylənilib ki, iki cihazın dəyəri 3000 manatdır.

“Təsir dairəsi”ndə qonaq olan aparıcı Afaq Gəncəli məsələyə biganə qalmayıb. O, Nicatın cihazlarını alacağını bildirib.

“Allah kömək olsun. Övladlarımıza kömək etmək hamımızın borcudur. Reklam blokunda xanımla danışdım, uşağın yardımını öz üzərimə götürürəm”, - deyərək kövrəlib.

“Afaqı 2-3 gün öncə dəvət etmişdik. İstəməzdim, bu günə təsadüf etsin. Hər işdə bir xeyir varmış. Allah hamının ürəyinə görə versin. Bu sözü Afaqa çox rahatlıqla deyə bilirəm. Afaqı tanıyanlar bu mövzuda niyə həssas olduğunu bilir. Allah onun gül balasına rəhmət etsin. Bizim içimizdən gedən baladır. Noyabrdır. Elə noyabrda dünyasını dəyişmişdi. Xatırlayıram Afaqı havalimanında qarşılamağımız da, gecə yanında olmağımızı da, Afaqın çəkdiklərini də... Bu günə təsadüf etməsini istəmirdim. Bəlkə də bu sizin qismətinizdir”, - deyə, proqramın aparıcısı Lalə Azərtaş bildirib.

O, daha sonra Nicata Afaq Gəncəlinin yardım edəcəyini, ona təşəkkür etməsini söyləyib. Bunu eşidən uşaq isə kövrələrək aparıcını qucaqlayıb. Bu zaman A.Gəncəli göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, A.Gəncəlinin övladı Qədirxan uzun sürən xəstəlikdən sonra 2015-ci ilin noyabrında vəfat edib.