Olay
Olay

“Qayınana söhbəti ola bilməz” - İlk dəfə danışdı

“Qayınana söhbəti ola bilməz” - İlk dəfə danışdı

Aktyor Murad İsmayıl ilk dəfə xanımı Ülviyyə Xəlilbəyli ilə boşanma iddialarından və yayılan şayiələrdən dnaışıb.

OLAY yazır ki, bu barədə o, “Gündən günə” proqramında açıqlama verib. Murad deyib ki, bu mövzulardan danışmağı çox sevmir:

“Əslində bu mənə xoş olmayan mövzulardır. Hər zaman da bu söhbətdən qaçıram. Ona görə ki, istəyərəm hər zaman film, musiqi ilə bağlı təkliflər alım, bunlardan bəhs edək. Sadəcə həyatım elə gətirdi ki, xanımım Ülviyyə də bu sahədədir. Hər ailədə söz-söhbət olur, bizdə isə nəsə olanda daha çox yayılır. İlk dəfədir ki, efirə çıxmazdan öncə tapşırmadım ki, bu suallar verillməsin. Mən danışan kimi saytlar paylaşırlar. Bəziləri üçün reklamdır, mən isə bu reytinqdən qaçıram.

Bu suala Ülviyyə cavab verib ki, biz boşanmamışıq. Mən də onu təsdiqləyirəm. Çox istərdim ki, bu barədə danışmasınlar. Üvliyyəyə də tapşırmışam.  Evin içində nə söz-söhbət olursa, sosial şəbəkələrə yayılmasın. Toyumuz oldu, 6-7 kanal gəldi, bir nəfər deyə bilməz ki, onları mən çağırmışdım. Bu məndən asılı bir şey deyil. Deməli, kimisə ifamdan çox şəxsi həyat maraqlandırır. İstəyərəm ki, bu mövzular bağlansın.  Boşanmamışam. Boşansam da, açıq şəkildə deyərəm. Heç kim heç nədən sığortalanmayıb. Bir də elə rəylər yazırlar ki, deyirlər, qayınana-baldız imkan vermədi. Birincisi, mənim bacım yoxdur. İkincisi də həyat yoldaşımla 4 ildir anamdan ayrı evdə  yaşayırıq. Qayınana söhbəti ola bilməz. Bilib-bilmədən elə şeylər danışırlar ki, heç əlaqəsi yoxdur”.

Qeyd edək ki, cütlüyün iki oğlan övladı var.