Xalq artisti Röya Ayxan konsertinin ilk günü yeni klipini təqdim edib.
OLAY yazır ki, estrada ulduzu Cin ləqəbli müğənni Ceyhun Zeynalovla növbəti dəfə duetinin premyerasını edib. Layihə “Bəzən” adlanır və sözləri İkram Əliyev, musiqisi Ruhin İsmayılova aiddir.
Fərqli klipin rejissor və ssenari müəllifi “Beat Group”, Leyla Bağırlıdır, layihə rəhbəri isə “KEvents Group”dur. Röya Ayxanın staylinqi üzərində Murad Vəliyev çalışıb. “Bəzən” bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
Layihədə sənətçilər 1960-70-ci illərin həyat tərzini əks etdirib.
Qeyd edək ki, Röya və Cinin bundan öncə “Dəniz”, “Zəhləm getmiş” kimi hitləri var.