Dünyaca məşhur “Central Asia's Got Talent” (Talant Mərkəzi Asiya ) şousunda münsiflər heyətinə daxil olan azərbaycanlı məşhurun kimliyi məlum olub.
OLAY-ın əldə etdiyi məlumata görə, lisenziyalı layihənin əsas 4 jürisindən biri aktrisa- rəqqasə Oksana Rəsulovadır.
O. Rəsulova məlumatı saytımıza təsdiqləyib.
Qeyd edək ki, yarışma bu gün dünyanın 70-dən çox ölkəsində yayımlanır. “Got Talent” formatı dünyanın ən uğurlu realiti-şousu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Şounun seçimi beş ölkədə - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək.
Yarışın finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir.