Olay
Olay

“Qurd”un toyudur... - VİDEO

“Qurd”un toyudur... - VİDEO

Bu gün “Qurd” ləqəbi ilə tanınan repçi  Fərid Eminov və nişanlısı Leyla Məmmədovanın  toyudur.

OLAY yazır ki, cütlüyün özəl günü şəhər restoranlarından birində keçirilir.

Fərid və Leyla məclisdən əvvəl toy fotosessiyası etdiriblər, görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Toya az sayda qonaq dəvət olunub. Həmçinin, toyda Əməkdar artist Ədalət Şükürov və müğənni Xatirə İslam iştirak edib.

Qeyd edək ki, Leyla tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. 

Cütlüyün ayın əvvəlində qız toyu olub.