Olay
Olay

Türk aktyorlara görə izdiham

Türk aktyorlara görə izdiham

Bakıda “Sevda mecburi istikamet” adlı türk  filminin qalası baş tutub. 

OLAY yazır ki, “Park Cinema Flame Towers”da həyata keçən premyerada ekran işinin baş rolları Selçuk Yöntem, Kubilay Aka və Selin Şekerci də iştirak edib. 

Azərbaycanlı tamaşaçılar təqdimatda türk ulduzlara görə izdiham yaradıb. 

Qala gecəsi Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, “Sevda Mecburi İstikamet” filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun hekayəsindən bəhs edir. “Yeşilçam”ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır. Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və Suna adlı qızları doğulur. Həyatlarında hər şey yolunda getdiyi anda, Sunaya autizm diaqnozu qoyulur. Tamamilə işinə qərq olmuş Səlimin həyatı Sevdanın xəstəlik xəbərini alanda dəyişir. Sevdanın ölümü ilə Səlim hər şeyi tərk edir və hekayəsini artıq yetkin olan qızı Suna ilə tamamlamağa çalışır.