Olay
Olay

Türkiyədə məşhurlaşır, amma...

Türkiyədə məşhurlaşır, amma...

Əməkdar artist Təyyar Bayramovun oğlu, gənc ifaçı Kənan Bayramlı Türkiyədə sosial medianın və medianın gündəmindədir.

OLAY-ın əldə etdiyi məlumata görə, “Bayatı Şiraz” ifasıyla sosial şəbəkənin Türkiyə seqmentində viral olan Kənana saysız səhnə, konsert və veriliş təklifləri gəlir. Lakin T.Bayramov gələn təklifləri dəyərləndirə bilmir. Buna səbəb isə yeniyetməlik dövrünü yaşayan Kənanın səsində olan dəyişikliklərdir.

Xanəndə düşünür ki, oğlunun bu ərəfələrdə oxuması onun səs tellərinə ciddi zərər verə bilər. Buna görə də məcburən gələn təklifləri geri çevirir.