Olay
Olay

Lalə Məmmədovaya ağır itki

Lalə Məmmədovaya ağır itki

Əməkdar artist Lalə Məmmədovaya ağır itki olub.

OLAY-ın əldə etdiyi məlumata görə, məşhur müğənninin atası Nadir Məmmədov vəfat edib. 

Qeyd edək ki, N. Məmmədov altsheymer xəstəliyindən əziyyət çəkirdi. Onun yaddaş pozuntusu son üç ildə daha da kəskinləşmişdi. 

Əməkdar artistin atası 1982-ci ildən BDU-da çalışıb. Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının professor idi.