Olay
Olay

Məşhurluqdan əvvəl necə görünürdülər?

Məşhurluqdan əvvəl necə görünürdülər?

Sosial şəbəkələrdə zaman-zaman tanınmış simaların arxiv görüntüləri gündəm olur. Onların estetiksiz, hələ fotoşop proqramlarının olmadığı, yaxud da az inkişaf etdiyi dövrlərdə lentə alınan görüntüləri müzakirə yaradır. Kimisinin kəskin dəyişməsi, kimisinin isə görünüşündəki təbiilik danışılır.

OLAY bu dəfə influenserlərin əvvəlki illərdəki görüntülərini bir araya toplayıb. Bəs onlar populyarlaşmadan öncə necə görünürdü?

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva instaqramdan əvvəl də məşhur idi. Ona görə də, onun arxiv görüntülərini tapmaq elə də çətin deyil. İnfluenser artıq çəkilərindən xilas olub, üzündə dolğularla dəyişikliklər etdirib.

İnfluenser Səbinə Orucova (Sabirourdjeva) ən çox dəyişənlərdəndir. O, ikinci burun əməliyyatından və dodaq, üz dolğusundan sonra tamamilə başqa biri olub.

İnfluenser Nəcibə Əhmədinin (Nadjiba) çox estetik prosedurları olmasa da, illər onun üçün təsirsiz ötüşməyib. O da müəyyən qədər dəyişənlərdəndir.

İnfluenser Asya Aslanova ötən illərdə keçirdiyi burun əməliyyatı və estetik prosedurlarla dəyişənlərdəndir.

İnfluenser Həmidə Hacıyeva (Hemistyle) da populyarlaşdıqdan sonra az da olsa, dəyişənlər siyahısındadır.

İnfluenser Həmayıl Cəfərli (Hllyblog) burun əməliyyatı və dodaq dolğusu kimi estetik prosedurlarla dəyişikliyə çatıb. O, həmçinin çənə nahiyəsində də əməliyyata ehtiyac duyub.

İstər “mavi tık” alması, istər açıqlamaları, istərsə də geyimləri ilə zaman-zaman müzakirə yaradan influenser Mehin Oktaylı (İconmekh) da bu siyahıdadır. O, burun əməliyyatı və digər estetik prosedurlardan sonra olduqca dəyişib.