“Best Model Of The World 2019” yarışmasının birincisi Nuru Əhmədzadə Türkiyədə böyük layihədə iştirak etməyə hazırlaşır.
Olay.az xəbər verir ki, altı aydır İstanbulda yaşayan və aktyorluq dərsləri alan həmyerlimiz Azərbaycanda olduğu kimi Türkiyədə də bir sıra brendlərin reklam siması olmağa başlayıb.
“Best Model of the World”un çempionu məşhur bir brendin layihəsinə dəvət alıb. Nuru Əhmədzadə həmin layihədə türkiyəli aktyor Kıvanç Tatlıtuğla birgə kamera qarşısına keçib.
O, reklam çəkilişləri zamanı məşhur türkiyəli menecer Qaye Sökmenin diqqətini çəkib və birlikdə çalışmaq üçün yaradıcısı və rəhbəri olduğu agentliyə dəvət edib.
N.Əhmədzadə təklifi qəbul edib.
Qeyd edək ki, Qaye Sökmen 2001-ci ilə kimi moda aləminə çoxsaylı model, 2004-cü ildən etibarən aktyorluq sənətində bir çox yeni simanı kəşf edərək Türkiyə kino və serial sektoruna gətirib. Nuru Əhmədzadə Kıvanç Tatlıtuğ, Kerem Bursin kimi aktyorların meneceri olan Qaye Sökmənin komandası ilə çalışacaq.