Olay
Olay

Venzdi məşhur səhnədə kovid olduğunu dedi, tənqid olundu

Venzdi məşhur səhnədə kovid olduğunu dedi, tənqid olundu

“Netflix”in yeni layihəsi “Wednesday”nin ulduzu Cenna Orteqa rəqs səhnəsini çəkərkən koronavirus olduğunu etiraf etdikdən sonra sərt reaksiyalarla üzləşib.

OLAY yazır ki, aktrisanın 4-cü bölümdə rəqs etdiyi səhnə viral oldu və TikTok-da trendə çevirildi.

Sənətçi “Mahnının xareoqrafiyasını özüm qurmuşdum. Mən rəqqas deyiləm, amma rəqs edəcəyim mahnını mənə bir həftə öncə vermişdilər. Bu anlar çox çılğın idi, çünki kovidə yoluxmağımın ilk günü idi. Ona görə də bu səhnə çox ağır oldu. Bədənim ağrıyırdı, özümü maşın vurmuş kimi hiss edirdim. Test vermişdim və cavabını gözlədiyim üçün fasilələrdə dərman qəbul edirdim. Səhnəni təkrarlamaq istədim, amma vaxtımız yox idi. Düşünürəm ki, mən bunu bir az daha yaxşı edə bilərdim”, - deyə, bildirib.

“Wednesday”nin istehsalçı şirkəti MGM bu açıqlamalardan sonra tənqidlərlə üzləşib. Onlar isə ciddi kovid protokollarına əməl edildiyini, Cennanın testi pozitiv çıxdıqdan sonra evə göndərildiyini açıqlayıb.

Ancaq sosial şəbəkə istifadəçiləri Orteqanın testi neqativ çıxsa belə evə göndərilməyinin vacib olduğunu yazıb. Fanatlar; isə aktrisanı müdafiə ediblər.

100 minə yaxın bəyənməsi olan Lili Simpson adlı şəxs “Onun vəziyyəti ağırlaşa, başqalarını da yoluxdura bilərdi”, - deyə, tvitində qeyd edib.

Onu da bildirək ki, ekran işi ilk həftəsində 340 milyon saatdan çox izlənib. Layihə “Netflix”in ən yaxşı açılış edən ingiliscə serialı olub.