Olay
Olay

Heydər Əliyev evləndi

Heydər Əliyev evləndi

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə qurub.

OLAY yazır ki, bu barədə Birinci xanım Mehriban Əliyeva instaqramda paylaşım edib. Birinci Vitse-prezident oğlu və gəlininin fotosunu rəsmi hesabında paylaşıb.

“Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan sevgi və hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun”, - deyə, paylaşımda qeyd olunub.