Olay
Olay

Mehriban Əliyevanın geyimində tarixi detal!

Mehriban Əliyevanın geyimində tarixi detal!

Ötən gün Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü ilə bağlı Səmərqəndə Prezident İlham Əliyevlə bərabər Birinci Vitse-prezident Mehriban Əliyeva da səfər edib. 

OLAY yazır ki, Birinci xanım bu mühüm tədbirdə də stili, zərif görünüşü ilə diqqət mərkəzində olub. Mehriban Əliyevanın səfər zamanı seçdiyi libaslar göz qamaşdırıb.

Əliyevanın məşhur modelyer Rüfət İsmayıl imzalı donunda Quba-Şirvana məxsus “Pirəbədil” xalçasının naxışları yer alıb. Tarixi qədim olan bu xalçalardakı detallar “Burma”, “Qırman” bəzən isə “Qayçı” adlandırılır.

Bu xalçaların sol-sağ tərəflərində igidlik və ərlik rəmzi olan “Qayçı”, “buynuz” təsviri, ortada isə “hindtoyuğu”, onun kənarlarında meyvə ağaclarının yarpaqları və səkkizguşəli təsvir əks olunub.

Mehriban Əliyevanın təntənəli tədbirdə lentə alınan fotolarını təqdim edirik: