“Qardaş Türkiyənin bir çox önəmli filmlərinin rejissoru Osman Sınav gəlmişdi. Azərbaycan-Türkiyə tarixi ilə bağlı layihə gətirmişdi”.
OLAY yazır ki, bu sözləri Milli Məclisin Məədniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. O, kinoya ayrılan büdcənin az olduğunu söyləyib:
"Həmin filmin xərclərinin yarısını Türkiyə qarşılayırdı. Digər yarısını isə Azərbaycan ödəməli idi. Lakin gördük ki, bu bizim kinonun ümumi büdcəsi qədərdir. Keyfiyyətli filmlər üçün daha çox büdcəyə ehtiyac var”.