Xalq artisti Brilliant Dadaşova “Səs”in ötən günkü buraxılışına damğa vurub.
OLAY yazır ki, sənətçi bu dəfə iştirakçı Fuad Mehdiyevin Eros Ramazottinin repertuarından səsləndirdiyi “Piu che puoi” mahnısına reaksiya verib.
Dadaşova ifasına yeni başlayan Fuadı nəzərdə tutaraq digər ustad Murad Arifə “Bu yarışma Azərbaycanın səsidir də, yox” sualını ünvanlayıb. Bu anlar isə izləyicilərin diqqətindən qaçmayıb. Onlar “Youtube” platformasında sənətçini tənqid ediblər.
Səsləndirmə zamanı heç bir münsifin dönmədiyini görən Xalq artisti Tünzalə Ağayeva isə onlara “Ay bala, ay bala” deyə, iştirakçını növbəti mərhələyə keçirmək üçün səslənib. Lakin onu bu cəhdi uğursuz olub.
“Çox üzr istəyirəm. Çox təəccübləndim ki, heç bir ustad dönmədi. Mən ona görə dönmədim ki, mən də belə səslər var”, - deyə, T.Ağayeva bildirib.