Yeni il gecəsi Kiprdə səhnəyə çıxmağa hazırlaşan türk müğənnilərin konsert qonorarları gündəmə gəlib.

OLAY yazır ki, Ebru Gündeş, Mahsun Kırmızıgül və Kenan Doğulunun cəmi iki saat davam edəcək Yeni il çıxışına görə ayrı-ayrılıqda 25 milyon türk lirəsi alacaq. Bu rəqəmlərin doğru olduğu təqdirdə, üç müğənninin ümumi qazancı 75 milyon lirəyə (2 milyon 500 min manat) çatacaq.

Bu il üçün səsləndirilən 25 milyon lirəlik qonorar Ebru Gündeşin səhnə qiymətindəki artımı yenidən müzakirə mövzusuna çevirib. Kenan Doğulunun da iki saatlıq Yeni il konserti qarşılığında 25 milyon lirə qazanacağı iddia edilib. Ötən il Kiprdəki Yeni il çıxışına görə 10 milyon lirə aldığı deyilən sənətçinin bu ilki qonorarının 25 milyon lirəyə yüksəldiyi də bildirilib.

Bundan əlavə daha bir neçə məşhurun Yeni il qonorarları mətbuata sızıb:

Yıldız Tilbe - 22 milyon 600 min lirə (Kipr) - təxminən 765 min manat

Hadise - 22 milyon 600 min lirə (Kipr) - təxminən 765 min manat

Edis - 20 milyon lirə (İstanbul) - təxminən 675 min manat

Hande Yener - 20 milyon lirə (Kipr) - təxminən 675 min manat

Gülşen - 20 milyon lirə (Kipr) - təxminən 675 min manat

Sibel Can - 15 milyon lirə (Kipr) - təxminən 508 min manat

Bülent Ersoy - 15 milyon lirə (Batum) - təxminən 508 min manat

Özcan Deniz - 15 milyon lirə (Kipr) - təxminən 508 min manat

Funda Arar - 12 milyon 500 min lirə (İstanbul) - təxminən 423 min manat

Candan Erçetin - 12 milyon 500 min lirə (Kipr) - təxminən 423 min manat

Sıla Gençoğlu - 12 milyon 500 min lirə (Antalya) - təxminən 423 min manat.

Yeni İldə milyonlar qazanacaqlar! Yeni İldə milyonlar qazanacaqlar! Yeni İldə milyonlar qazanacaqlar! Yeni İldə milyonlar qazanacaqlar!