“Spotify” platforması fəaliyyətinin 20 illiyinə özəl ən çox dinlənilən müğənnilərin siyahısını təqdim edib.

OLAY yazır ki, bu statistika 2026-cı ilin aprel ayına qədər qlobal “Spotify” dinlənmələrini əks etdirir və yüz milyonlarla dinləməni nəzərə alır.

Hər il ardıcıl olaraq ən çox dinlənən ifaçı olan Teylor Svift siyahıda birinci yerdədir. Bad Banni isə ikinci yerdə qərarlaşıb.

Tam siyahını sizə təqdim edirik:

1) Teylor Svift
2) Bəd Banni
3) Dreyk
4) De Vikend
5) Ariana Qrande
6) İd Şiran
7) Castin Biber
8) Billi Ayliş
9) Eminem
10) Kanye Uest
11) Trevis Skott
12) BTS
13) Post Malon
14) Bruno Mars
15) Cey Bolvin
16) Rihanna
17) Koldpley
18) Kendrik Lamar
19) Fyuçr
20) Cuis Vörld