Reperlər Aslixan və Tibu arasında gərginlik yaşanıb.

OLAY yazır ki, sənətçilər 8 iyulda baş tutması planlaşdırılan “battle”dan öncə bir-birilərinin ünvanına ağır sözlər səsləndiriblər. 

Belə ki, Aslixan əvvəlcə həmkarına “Sibu” adlı diss atıb. O həmçinin Tibunun “battle” çıxışlarından birini paylaşaraq onu ələ salıb.

Aslixanla Tibu bir-birini ələ saldıTibudan həmkarına cavab gecikməyib. “Görünən odur ki, rəqibim çox rahatdır. Ona deyin ki, Tibu 3 il əvvəlki Tibu deyil”, - deyə, reper bildirib.

Bunun ardınca o, Aslixanın Əməkdar artist Xumar Qədimovaya boyunbağı hədiyyə etdiyi anları paylaşaraq istehza ilə “Bu da rəqibim” sözlərini yazıb. Sənətçi Aslixanın illər öncə Xəzər TV-yə lağ etdiyi, daha sonra kanalın efirinə çıxdığı anları da bölüşməyi unutmayıb. Reper bununla kifayətlənməyib, o, 3 saat ərzində Aslixana rediss yazıb və yayımlayıb.

Aslixanla Tibu bir-birini ələ saldıTrekdə “Sarı pişik”, “Səni Hiss də qırdı”, “Noton da bilir yek kimdir” kimi ifadələr yer alıb. Həmçinin Tibu Aslixanın ona yazdığı dissi zəif kimi qiymətləndirib.

Aslixanla Tibu bir-birini ələ saldı Aslixanla Tibu bir-birini ələ saldı