Avroviziya - 2022 mahnı müsabiqəsində Ukraynanı qalib edən “Kalush Orchestra” qrupunun solisti Oleh Psjukun səhnədə geyindiyi çəhrayı papaq hərraca çıxarılır. 

OLAY yazır ki, bu barədə qrup üzvləri instaqram hesablarında açıqlama yayıb. Musiqiçilər elan etdikləri kimi, hərracdan əldə olunan gəliri ölkəsinin döyüşən ordusuna göndərəcəklərini açıqlayıblar.

Mükafatdan sonra çəhrayı papağı da satırlar

Minimum təklif beş avrodur. Qrup toplanan bütün pulları Ukrayna ordusunun təchiz edilməsinə həsr olunmuş Serhiy Pritula Fonduna vermək istəyir. 

Qeyd edək ki, sənətçilər yarışmada qazandıqları billur mikrofonu da satışa çıxaracaqlarını demişdilər.

Mükafatdan sonra çəhrayı papağı da satırlar