Xalq artisti Miri Yusif musiqisi özünə, sözləri Orxan Abbasov və Emin Məmmədova məxsus "Üzbəüz" layihəsi viral olub.
OLAY yazır ki, “Üzbəüz” mahnısının nəqarəti sosial şəbəkələrdə paylaşıldığı ilk gündən etibarən böyük maraq doğurub və qısa zamanda viral olub. Yüzlərlə sosial şəbəkə istifadəçisi mahnının nəqarəti ilə müxtəlif videolar hazırlayaraq paylaşır. Beləliklə, “Üzbəüz” qısa müddətdə dinləyicilər arasında geniş rezonans doğuraraq sosial mediada trendə çevrilib.Dinləyicilər mahnını "Sevgi himni" adlandırıb.
Qeyd edək ki, klip real hadisələr əsasında çəkilib və ssenarinin müəllifi də Miri Yusifdir. Ekran işində diqqətçəkən məqamlardan biri baş rolda Xalq artistinin oğlu Mir Hüseynin simasından istifadə olunmasıdır. Bu yanaşma layihəyə həm emosional, həm də texnoloji baxımdan fərqli çalar qatıb.
Bəstənin aranjemanı Kazım Can tərəfindən hazırlanıb. Layihənin süni intellekt üzrə direktoru isə Müseyib Qasımovdur.