Xanəndə Mirələm Mirələmovun oxşarı ortaya çıxıb. 

OLAY yazır ki, o, “Elgizlə izlə” verilişindəki məşhurların bənzərləri ilə bağlı yarışa müraciət edib. 

Efirdə muğam ifaçısı və həmin gənc üzə-üzə gəlib. O bildirib ki, bəzən valideynləri onu Mirələm kimi qələmə verərək uşaqları aldadırlar:

Mirələmin adından uşaqları aldadır“Deyirlər ki, övladımız Mirələm Mirələmovu çox sevir, görüntülü zəng edim danışın. Mən də danışıram. Buna görə ödəniş almıram”. 

Mirələm bu hala əsəbiləşməsə də, düzgün olmadığını vurğulayıb: “Danışanda mütləq desin ki, Mirələm Mirələmovun oxşarıdır”.

Aparıcı Elgiz Əkbər və ekspertlər də valideynlər istəsə belə, bunu etməyinin yanlış olduğunu bildirib.

Mirələmin adından uşaqları aldadır