Əməkdar artist Lalə Məmmədova “Darıxmışam” adlı yeni albomunu təqdim edib.  

OLAY yazır ki, məşhur müğənni bir müddətdir üzərində çalışdığı altı mahnıdan ibarət musiqi layihəsini bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verib.

Lalə Məmmədova sükutu albomla pozduSözügedən alboma “Darıxmışam”, “Gözümdə Leylisən”, “Gülə gülə”, “Əsmərim”, “Nağılçı”, “Səni sevirəm” mahnıları daxildir.  

Layihənin baş prodüseri Elnur Həsənov, fotoların müəllifi Orçun Mutludur. Türkiyədə lentə alınan şəkillər üçün geyimləri Yüksel Özgür və Georgi Devderiani hazırlayıb. 

Lalə Məmmədova sükutu albomla pozduKöhnə mahnıları Mahir Ordubadi və Eşqin Ağayev yenidən aranjıman edib. 

Albomun iki mahnısı ekranlaşdırılıb. Sözügedən kliplərin müəllifi Orçun Mutludur və ekran işləri tezliklə ictimaiyyətə təqdim olunacaq.

Lalə Məmmədova sükutu albomla pozdu Lalə Məmmədova sükutu albomla pozdu Lalə Məmmədova sükutu albomla pozdu Lalə Məmmədova sükutu albomla pozdu Lalə Məmmədova sükutu albomla pozdu