Rusiyanın Xalq artisti Lyubov Uspenskaya amerikalı reper Kanye Uest ilə birgə mahnı yazdırmaq istəmədiyini bildirib.
OLAY yazır ki, hətta amerikalı reper şəxsən ona belə bir təkliflə müraciət etsə belə, razı olmayacağını deyib.
ABŞ-də təxminən 15 il yaşamış rusiyalı sənətçinin cavabı olduqca sərt və qəti olub. Uspenskaya mətbuata açıqlamasında “Xeyr, əlbəttə. Hətta istəsə belə. Mən istəmirəm, ümumiyyətlə, mənə lazım da deyil” deyə bildirib.