Gənc ifaçı Hissin (Röya Məmmədova)  “İstəmirəm” adlı hiti yutubdan silinib. 

OLAY-ın əldə etdiyi məlumata görə, mahnının söz və musiqisini yazan, reper Aslixan müəllif hüquqları ilə bağlı sözügedən platformaya müraciət edib. 

Onun şikayəti əsasında həmin ifa yutubdan  silinib. Hiss 2019-cu ildə sözügedən bəstə üçün ödəniş etsə də, Aslixan ondan yenə qonorar istəyib. 

Yalnız ona ödəniş edilsə, şikayətini geri çəkəcəyini bildirib.

Qeyd edək ki, Hiss bir müddət əvvəl KİV-ə açıqlamasında “İstəmirəm”i bələdçi (hostes) işlədiyi vaxtlarda maaşını yığaraq aldığını söyləmişdi.

Hissin mahnısını sildirdi, indi də pul istəyir Hissin mahnısını sildirdi, indi də pul istəyir Hissin mahnısını sildirdi, indi də pul istəyir Hissin mahnısını sildirdi, indi də pul istəyir Hissin mahnısını sildirdi, indi də pul istəyir