Oktyabrın 15-dən infarkt keçirərək xəstəxanaya yerləşdirilən və müalicəsi davam edən Fatih Ürekin sağlamlıq vəziyyəti ilə bağlı vəkili açıqlama verib.
OLAY yazır ki, sənətçinin hazırda reanimasiyada müalicə olunduğu bildirilib:
“Hörmətli sənətçimiz Fatih Ürekin həkimlərinin verdiyi məlumatlar bütün reanimasiya müalicəsinin müsbət irəlilədiyini göstərir”.