15 oktyabrda evində keçirdiyi infarktdan sonra xəstəxanaya yerləşdirilən Fatih Ürekin müalicəsi reanimasiya şöbəsində davam edir.

OLAY yazır ki, onun sağlamlıq durumu ilə bağlı jurnalist Özlem Gürses yeni məlumatlar paylaşıb.

Gürsesin verdiyi məlumata görə, təxminən 2 aydır reanimasiyada olan Fatih Ürek qısa müddətli gözünü açıb-yumsa da, uzun müddətdir yataq rejimində olduğu üçün bədənində yatağa bağlı yaralar əmələ gəlib.

İddialara əsasən, sənətçi həyati funksiyalarını özü yerinə yetirə bilmir və vegetativ vəziyyətə, yəni koma mərhələsinə keçib.