“Rusiya Müəllif Hüquqları Cəmiyyəti”ndə Alla Puqaçovanı öz hit mahnılarına olan hüquqlardan məhrum etməyin yolunu tapıblar.
OLAY yazır ki, qurumun mətbuat xidməti bildirib ki, onun məşhur mahnılarının əksəriyyətini Primadonna özü yazmayıb.
Müəlliflər şairlər və bəstəkarlar olub, məsələn, Leonid Derbenyov, İlya Reznik, Raymond Pauls və başqaları. İstənilən ifaçı şairdən, bəstəkardan və ya onların varislərindən icazə alaraq hit mahnının öz versiyasını yaza bilər”
Qeyd olunur ki, Alla Borisovnanın özü tərəfindən yazılmış bəzi mahnılara müstəsna hüquqları var. İstisna olunmur ki, müğənni bir gün öz baxışlarına görə bu mahnıların istifadəsini qadağan etməyə cəhd edə bilər. “Risk var ki, bir gün Puqaçova siyasi səbəblərlə mahnılarının istifadəsini qadağan etsin. Belə vəziyyətdə məcburi lisenziya mexanizmi kömək edə bilər”, — deyə “Rusiya Müəllif Hüquqları Cəmiyyəti”nin nümayəndələri əlavə ediblər.