Müğənni Zlata Bojen 41 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə sənətçinin yaxınları məlumat yayıb.

“Əziz dostlar, sabah noyabrın üçündə Zlatanın vəfatından doqquz gün keçir. O, 2022-ci il oktyabrın 26-na keçən gecə vəfat edib”, - deyə, Bojenin qohumları sosial şəbəkələrdə yazıblar.

İfaçının dostlarının dediyinə görə, o, uzun müddət davam edən xəstəlik nəticəsində dünyasını dəyişib, həkimlər ona dəqiq diaqnoz qoya bilməyiblər.

41 yaşlı müğənni vəfat etdi